Azərbaycan Respublikası OPEK iclasına dəvət olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i241958-azərbaycan_respublikası_opek_iclasına_dəvət_olunub
Neft ixrac edən ölkələr təşkilatı- OPEK Azərbaycan Respublikasını üzv və qeyri-üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin iclasında iştiraka dəvət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2016 16:33 Asia/Baku
  • Azərbaycan Respublikası OPEK iclasına dəvət olunub
    Azərbaycan Respublikası OPEK iclasına dəvət olunub

Neft ixrac edən ölkələr təşkilatı- OPEK Azərbaycan Respublikasını üzv və qeyri-üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin iclasında iştiraka dəvət edib.

Azərtac-ın məlumatına görə, Azərbaycan Respublikası Energetika Nazirliyinin İctimai Əlaqələr Şöbəsi bu gün bildirib ki, OPEK Azərbaycan Respublikasını təşkilata üzv və qeyri-üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin iclasında iştiraka dəvət edib.

Bu iclas oktyabrın 28-dən 29-dək Avstriyanın Vyana şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası prezidenti şənbə günü OPEK-ə üzv olmayan neft istehsal edən ölkələrin neftin beynəlxalq qiymətinin artması üçün həmkarlıq etmələrini istəmişdi.