Bakıda "Qadının İslamda rolu" konfransı keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i242309-bakıda_qadının_İslamda_rolu_konfransı_keçirilib
Məhərrəm günləri münasibətilə İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzində "Qadının İslamda rolu" konfransı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2016 11:10 Asia/Baku
  • Bakıda
    Bakıda "Qadının İslamda rolu" konfransı keçirilib

Məhərrəm günləri münasibətilə İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzində "Qadının İslamda rolu" konfransı keçirilib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu konfrans İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin köməkliyi ilə Azərbaycan Respublikası Sülhün Yayılması qeyri-hökumət təşkilatı tərəfindən keçirilib.

İran İslam Respublikasının Bakıdakı mədəniyyət attaşesi İbrahim İbrahimi konfransda çıxış edib. O. İslamın qadına verdiyi xas önəmə işarə edərək, deyib: Müqəddəs İslam dini qadınları xilas edərək, onlara qarşı hər cür zorakılığa son qoydu.

O, həmçinin Qurani-Məciddə qadınların şənində olan mübarək Nisa surəsinin nazil olmasını xatırladaraq, əlavə edib: Bu mühüm məsələ İslamın qadına münasibətindəki izzət və hörmətini göstərir.