Zəngilanın işğalından 23 il keçir
Azərbaycan Respublikası mediaları Zəngilan şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 23-cü ildönümü günündə bu işğalçılığın xatirə mərasiminin keçirilməsi haqda heç bir məlumat yaymayıblar.
APA-nın məlumatına görə, bu gün, oktyabrın 29-u, Zəngilan şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 23-cü ildönümü günüdür.
Bu məlumata görə, Zəngilan şəhəri Azərbaycan Respublikasının işğal olunmuş sonuncu şəhəridir ki, bu ölkənin mediaları bu işğalçılığın xatirə mərasiminin keçirilməsi haqda heç bir məlumat yaymayaraq, təkcə bu məsələni xatırladıblar.
1993-cü il oktyabrın 29-da Ermənistanın ordu qüvvələri Rusiyanın zirehli qüvvələrinin köməyilə Zəngilanı işğal etməyə müvəffəq oldular.
Arxeoloji baxımdan böyük önəmə malik olan bu məntəqədəki bir neçə mağara, eləcə də dağ ətəklərində ibtidai insanlardan qalmış abidələr və rəsm əsərləri qalıbdır.
Ermənilərin Zəngilana qarşı hücumları 1992-ci ilin elə ilk günlərindən başlandı və "Gün Qışlaq", "Dərəli", "Qazançı" və "Vəcinəli" kəndləri ermənilərin ağır artilleriya atəşlərinə məruz qaldılar və bu proses 1993-cü ilin oktyabrı ayının son günlərinədək Zəngilanın tam işğalı ilə nəticələndi.
Ermənilər bu məntəqəni qəsb etdikdən sonra qədim Zəngilan adını saxta Kovsakan adı ilə dəyişdilər və minlərlə ermənini bu məntəqəyə köçməyə məcbur etdilər.
BMT də indiyədək dörd qətnamədə Azərbaycanın Qarabağ məntəqəsinin Ermənistan tərəfindən işğal edilməsini pisləyib və Azərbaycan Respublikası ərazilərinin işğalının aradan qaldırılmasını istəyibdir.