Azərbaycanda bəzi idxal məhsullarının gömrük rüsumları artırılıb
Azərbaycan Respublikasında bəzi idxal məhsullarının gömrük rusumları diqqəti cəlb edəcək dərəcədə artırılıb.
İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabineti daxili istehsala dəstək istiqamətində bəzi ərzaq məhsulları və tikinti materiallarının gömrük rüsumlarını bir neçə dəfə artırıb.
Nazirlər Kabinetinin qərarına əsasən, cümə axşamı günündən 1 kq toyuq əti idxalına 1 dollar, eləcə də 1000 ədəd yumurta idxalına 100 ABŞ dolları gömrük rüsumu alınacaq.
Azərbaycan Respublikası gömrüyü bundan sonra hər 1 kq ləbləbi idxalı üçün 1,5 dollar alacaq. Bəzi tərəvəz məhsullarının idxalına gömrük rüsumları tətbiq olunub.
Bəzi tikinti məhsullarının idxalına da gömrük rüsumları tətbiq olunub və hər min ədəd kərpic idxalı üçün 100 dollar gömrük rüsumu alınacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı iki il müddətinə icra olunacaq. Həmçinin keramika, sement və digər tikinti materiallarına da şamil olur.