Noy 07, 2016 13:50 Asia/Baku
  • Hacı İlham Əliyev
    Hacı İlham Əliyev

Azərbaycan İslam Partiyası Baş Məclisinin toplantısında AİP-in sədr əvəzi Hacı İlham Əliyev parlamentdə təmsil edilən qubalı deputat Yevda Abramovun müsahibəsi zamanı dini dəyərlərə və inanclı kəsimin ünvanına qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.

"İslamınsesi" saytının məlumatına görə, AİP-in sədr əvəzi Hacı İlham Əliyev qeyd edib ki, Yevda Abramov öz müsahibəsində böyük iddialar səsləndirib və çox böyük “cəsarət”lə Azərbaycan xalqının milli mənəvi dəyərlərinə toxunub:

O dövlətdən istəyir ki, Azərbaycanda şiəliyin qarşısı alınsın. Necə ki, nurçuluqla rəftar edilir, şiəliklə də elə rəftar olunsun. O bunu bir vəzifə kimi dövlət məmurlarının boynuna qoyur. Bu isə onların üzlülüyünün həddinin aşmasını və özlərini ev yiyəsi kimi aparmaqlarını göstərir.

 

Teqlər