İslamçı məhbus işgəncə olduğunu deyib
"Nardaran işi" məhbuslarından biri ağır işgəncələrə məruz qalaraq yalan ifadə verməyə məcbur edildiyini deyib.
Turanın verdiyi məlumata görə , "Nardaran işi"nin məhbuslarından olan Mötəbər Babayev deyib: Kürdəxanı həbsxanasında işgəncələrin ağırlığı üzündən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə qarşı yalan ifadə verməyə məcbur olub.
M.Babayev deyib: Kürdəxanı həbsxanasının rəisinin israrı ilə və həbsxana məmurlarının ağır işgəncələri nəticəsində yalan ifadə verməyə məcbur edildim və "Nardaran işi"nin uzanmasının səbəbi də elə budur.
Bu məhbus deyib: İşgəncədən öncə həbsxana rəisi yalan ifadə verərsəm cəzamın azalacağına söz vermişdi.
Qeyd edək ki, "Nardaran işi"nə baxılması prosesində cümə günü şahidlik etmək üçün məhkəməyə gələn 8 Nardaran sakini həbs edilib.
"Nardaran işi" müttəhimlərinini vəkili Yalçın İmanov da müttəhimlərin yalan ifadə vermədiklərinə görə təcridxanalarda işgəncələrə məruz qaldıqlarını demişdi.
Azərbaycan təhlükəsizlik qüvvələrinin 26 noyabrda Nardaran məscidinə hücumları zamanı Müsəlman Birliyi Partiyasının sədri Tale Bağırzadə və onlarla islamçı həbs edildi. Onların işi "Nardaran işi" adlanır.