İran Azərbaycana 1,2 milyard dollara yaxın investisiya yatırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i244709-İran_azərbaycana_1_2_milyard_dollara_yaxın_investisiya_yatırıb
İranın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 1,2 milyard dollara çatıb. Onlardan 145 milyonu qeyri-neft sektoruna yatırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2016 09:26 Asia/Baku
  • İran Azərbaycana 1,2 milyard dollara yaxın investisiya yatırıb

İranın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 1,2 milyard dollara çatıb. Onlardan 145 milyonu qeyri-neft sektoruna yatırılıb.

Trend-in məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən “Azərbaycanın İranda investisiya imkanları” konfransında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İran maliyyəsi ilə 450 şirkət fəaliyyət göstərir.