Azərbaycan Respublikası ABŞ-ın yeni prezidentindən nələr gözləyir?
https://azeri.sahartv.ir/news/azərbaycan-i244841-azərbaycan_respublikası_abŞ_ın_yeni_prezidentindən_nələr_gözləyir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bakının Amerikada prezident seçkiləri keçiriləndən sonra bu ölkədən nələr gözlədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2016 17:25 Asia/Baku
  • Azərbaycan Respublikası ABŞ-ın yeni prezidentindən nələr gözləyir?
    Azərbaycan Respublikası ABŞ-ın yeni prezidentindən nələr gözləyir?

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bakının Amerikada prezident seçkiləri keçiriləndən sonra bu ölkədən nələr gözlədiyini bildirib.

Trend-in məlumatına görə, Hikmət Hacıyev bu gün Qarabağda Bakı ilə İrəvanın döyüşlərinin artmasına toxunaraq, deyib: Amerika ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi öz payını beynəlxalq hüquq normaları əsasında Qarabağ münaqişəsinin həlli üçün yerinə yetirməlidir.

Hacıyev həmçinin Bakı ilə Vaşinqtonun siyasi, iqtisadi, energetika, təhlükəsizlik, o sıradan beynəlxalq terrorizmlə mübarizə sahələrindəki həmkarlıqlarının genişləndirilməsi üçün səy göstərmələrini vurğulayıb.