İran Dağlıq Qarabağ münaqişəsinin həllinə istənilən şəkildə kömək etməyə hazırdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i246608-İran_dağlıq_qarabağ_münaqişəsinin_həllinə_istənilən_şəkildə_kömək_etməyə_hazırdır
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə APA-ya müsahibəsində bildirib ki,İran Dağlıq Qarabağ münaqişəsinin həllinə istənilən şəkildə kömək etməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2016 14:43 Asia/Baku
  • Cavad Cahangirzadə
    Cavad Cahangirzadə

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə APA-ya müsahibəsində bildirib ki,İran Dağlıq Qarabağ münaqişəsinin həllinə istənilən şəkildə kömək etməyə hazırdır.

O qeyd edib:  ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişənin həlli ilə məşğul olsur. İran Minsk qrupunda təmsil olunmur . Lakin hər dəfə bəyan edir ki, münaqişənin həllinə istənilən şəkildə kömək etməyə hazırdır. Bu müharibə bu regionun xeyrinə deyil. İşğalın regionda stabilliyə mənfi təsir etməsinə heç bir şübhə yoxdur. Biz sərhədlərimizin sülh sərhədi olmasını istəyirik. İran Azərbaycan xalqı üçün əlindən gələni etməyə hazırdır və istəyir ki, qonşusu rahat yaşasın. Azərbaycanın istənilən istəyinə İran müsbət cavab verməyə hazırdır."