Tehran və Bakı arasında rabitə əməkdaşlıqları imkanları
https://azeri.sahartv.ir/news/azərbaycan-i248288-tehran_və_bakı_arasında_rabitə_əməkdaşlıqları_imkanları
Mahmud Vaizi: İran İslam Respublikası və Azərbaycan rabitə sahəsində geniş əməkdaşlıq imkanlarına malikdirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2016 08:01 Asia/Baku
  • Tehran və Bakı arasında rabitə əməkdaşlıqları imkanları
    Tehran və Bakı arasında rabitə əməkdaşlıqları imkanları

Mahmud Vaizi: İran İslam Respublikası və Azərbaycan rabitə sahəsində geniş əməkdaşlıq imkanlarına malikdirlər.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Bakı Ekspo mərkəzində keçirilən beynəlxalq rabitə və informasiya texnologiyaları sərgisi "Bakutell"ə baxış keçirdikdən sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşüb. M.Vaizi bu görüşdə iki ölkə əlaqələrinin genişləndirilməsində rabitə sektorunun imkanlarından istifadəyə təkid edib. 

M.Vaizi daha sonra "Bakutell" sərgisində iştirak edən İran şirkətlərini təqdim edərək, İranın rabitə sahəsi üzrə potensiallarını şərh edib.

Nazir İran şirkətlərinin bu sahədə Azərbaycan şirkətləri ilə sıx əməkdaşlığa hazır olduğunu da qeyd edib. 

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə cari dekabr ayının sonlarında Bakıda keçiriləcək birgə iqtisadi əməkdaşlıq komissiyası iclasının Tehran-Bakı əlaqələrinin daha da möhkəmlənməsində təsirli olacağına ümidvarlıq edib. 

Ş.Mustafayev daha sonra hər iki ölkənin turizm cazibədarlıqlarına işarə edərək, İran və Azərbaycan şəhərləri arasındakı hava reyslərinin saylarının artırılmasına təkid edib. 

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi Azərbaycana olan iki günlük səfəri zamanı Azərbaycan prezidenti, rabitə və informasiya texnologiyaları, fövqəladə hallar və iqtisadiyyat nazirləri habelə, dəmir yolu idarəsinin rəisi ilə görüşüb, danışıqlar aparıb.