Gülüstan ostanı Azərbaycan ilə əlaqələri genişləndirir
https://azeri.sahartv.ir/news/azərbaycan-i249485-gülüstan_ostanı_azərbaycan_ilə_əlaqələri_genişləndirir
Gülüstan ostanının ticarət və dövlət heyəti çərşənbə axşamı Bakıya səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2016 09:39 Asia/Baku
  • Gülüstan ostanı Azərbaycan ilə əlaqələri genişləndirir
    Gülüstan ostanı Azərbaycan ilə əlaqələri genişləndirir

Gülüstan ostanının ticarət və dövlət heyəti çərşənbə axşamı Bakıya səfər edib.

İş adamları, sərmayə sahibləri və dövlət rəsmilərindən təşkil olunmuş bu 30 nəfərlik heyət Gülüstan ostandarı ilə birlikdə Azərbaycana səfər edib. 

Bu heyət bir günlük səfər çərçivəsində Azərbaycanın iş adamları birliyinin sədri, kənd təsərrüfatı nazirinin müavini və iqtisadiyyat nazirinin müavini ilə görüşüb, ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə edəcəklər. 

Bu heyətin üzvləri daha sonra Qazaxıstana səfər edərək, bu ölkə ilə əlaqələrin inkişafı yollarını araşdıracaq. İqtisadi, sənaye, mədəni, ticarət, kənd təsərrüfatı, turizm, sərmayə qoyuluşu, abadlıq işləri, texniki-mühəndislik xidmətləri üzrə əlaqələrin genişləndirilməsi bu səfərin əsas məqsədini təşkil edir.