Tehran və Bakı hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə təkid etdilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i249968-tehran_və_bakı_hərbi_müdafiə_əməkdaşlıqlarının_genişləndirilməsinə_təkid_etdilər
İran İslam Respublikasının Bakıdakı səfiri və Azərbaycanın müdafiə sənayesi naziri iki ölkənin hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə müsbət yanaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2016 07:03 Asia/Baku
  • İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə
    İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə

İran İslam Respublikasının Bakıdakı səfiri və Azərbaycanın müdafiə sənayesi naziri iki ölkənin hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə müsbət yanaşıblar.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə cümə axşamı Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ilə görüşüb. 

Görüşdə tərəflər İran və Azərbaycanın hərbi-müdafiə sahəsindəki əməkdaşlıqlarını müsbət dəyərləndirib və bu əməkdaşlıqların daha da genişləndirilməsini istəyiblər. 

C.Cahangirzadə həmçinin, hərbir-müdafiə texnologiyaları sahəsindəki birgə əməkdaşlıqların genişləndirilməsi yollarına diqqət çəkərək, bunun gerçəkləşməsi üçün iki ölkənin hərbi rəsmilərinin qarşılıqlı səfərlərin artırılmasını istəyib.