"Məhəmməd (s) Allahın Elçisi" filmi yaxın həftələrdə Azərbaycanda nümayiş etdiriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i250457-məhəmməd_(s)_allahın_elçisi_filmi_yaxın_həftələrdə_azərbaycanda_nümayiş_etdiriləcək
Məcid Məcidi: `Məhəmməd (s) Allahın Elçisi` filmi qarşıdakı həftələrdə Azərbaycan Respublikasında da nümayiş olunacaq`
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2016 13:54 Asia/Baku

Məcid Məcidi: `Məhəmməd (s) Allahın Elçisi` filmi qarşıdakı həftələrdə Azərbaycan Respublikasında da nümayiş olunacaq`

Məşhur iranlı rejissor Məcid Məcidi prodüsseri olduğu "Məhəmməd (s) Allahın Elçisi" filminin yaxın həftələrdə Azərbaycan Respublikasında da nümayiş olunacağı bildirib.

Dəyərlər.org-un verdiyi məlumata görə, əziz Peyğəmbərimizin (s) şərəfinə bu il ikinci dəfə təşkil olunan "Salavat Məşki" adlı festivala rəhbərlik edən məşhur iranlı rejissor Məcid Məcidi, prodüsseri olduğu "Məhəmməd (s) Allahın Elçisi" filminin İrandan xaricdə ekranlaşdırılması ilə əlaqədar mətbuatın suallarını cavablandırıb: "Ara sıra filmin nümayişinə tamamilə mane olan bəzi ekstremist və vəhhabi qrupların törətdiyi təxribatlarına baxmayaraq, bu film bir çox ölkədə geniş miqyasda ekrana verildi".Məcidi açıqlamasında sonuncu dəfə Türkiyədə ekrana verilən filmə böyük marağın yarandığını bildirib: "Bəzi qüvvələrin fətvalarına baxmayaraq, "Məhəmməd (s) Allahın Elçisi" filmi Türkiyədə geniş maraq toplaya bildi. İslamın Rusiyaya giriş qapısı sayılan Dağıstanda hazırda geniş miqyasda nümayiş olunan filmimiz, Azərbaycan Respublikası və Çeçenistana səfər edəcək və gələcək həftələrdə bu ölkələrdə də ekrana veriləcəkdir".İranlı rejissor, çıxışının sonunda "Məhəmməd (s) Allahın Elçisi" filminin İraq kinoteatrlarındakı problemlərə baxmayaraq, Bağdadda açıldığını deyib. O, bəzi Ərəb və Asiya ölkələrində də filmin ekrana verilməsi üçün müzakirələrin başlanıldığını qeyd edib.