Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA vuruldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i250694-ermənistan_silahlı_qüvvələrinə_məxsus_növbəti_pua_vuruldu
Azərbaycan Respublikası ordusu Ermənistanin ikinci pilotsuz uçuş aparatını məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2016 08:26 Asia/Baku
  • Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA vuruldu
    Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA vuruldu

Azərbaycan Respublikası ordusu Ermənistanin ikinci pilotsuz uçuş aparatını məhv edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet portalının bildirdiyinə görə, 

Dekabrın 12-si axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA)  aşkar olunaraq atəşlə məhv edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet portalı dünən günortadan öncə də cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus başqa bir PUA-nı məhv etdiyini bildirmişdi.