Nardaran dindarlarından olan Əbülfəz Bünyadov azad edilib
2015-ci ilin noyabrında polisin Bakının Nardaran qəsəbəsinə qarşı basqını zamanı həbs olunmuş bu qəsəbə dindarlarından olan Əbülfəz Bünyadov zindandan azad edilib.
IRIB-nin Bakı ofisinin məlumatına görə, Əbülfəz Bünyadovun vəkili Yalçın İmanov deyib ki, prokuror dekabrın 20-də keçirilən məhkəmə iclasında Bünyadovun azadlığı barədə qərar çıxarıb.
Əbülfəz Bünyadov polisin Bakının Nardaran qəsəbəsinə qarşı basqını zamanı yaralanıb və iflic olub. Həmçinin onun iki qardaşı da həmin toqquşma zamanı öldürülübdür.
Azərbaycan Respublikası polisinin xüsusi təyinatlı bölməsi 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində yerləşən Rəhimə xatun(s.ə.) ziyarətgahının yaxınlığındakı şiə məscidinə basqın edərək, bu qəsəbədə beş nəfəri şəhid etdi.
Bu basqın zamanı tanınmış azəri ruhani, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və onlarla dindar həbs olundu.