İran komandasının iştirakı ilə Bakıda gənclərin beynəlxalq boks yarışları başlanıb
-
İran komandasının iştirakı ilə Bakıda gənclərin beynəlxalq boks yarışları başlanıb
Bakıda gənclərin beynəlxalq boks yarışları başlanıb.
IRIB-nin Bakı ofisinin məlumatına görə, bu yarışlarda müxtəlif ölkələrdən 75 idmançı iştirak edir. İrandan da bu yarışlarda müxtəlif çəki dərəcələrində mübarizə aparacaq 8 boksçu iştirak edir.
Dünən axşam yarışların ilk günündə müxtəlif çəki dərəcələrində 34 idmançı mübarizə aparıb. İrandan 52 kiloqram çəki dərəcəsində Əşkan Rezayi azərbaycanlı rəqiblə görüşüb. O, öncə rinqin məğlubu kimi təqdim olunub, amma İran komandasının başçısı Hüseyn Nəhrudinin yazılı etirazı ilə nəticə iranlı boksçunun xeyrinə dəyişibdir.
Məhəmməd Əsgəri də 69 kiloqram çəki dərəcəsində gürcü rəqibini məğlub edib və Əşkan Rezayi ilə yanaşı yarışların növbəti mərhələsinə vəsiqə qazanıb.
Yarışların birinci günündə həmçinin Rza Həsənniya 75 kiloqram çəki dərəcəsində rus rəqibinə məğlub olub. Hüseyn Musaxani də məzlum Fələstin xalqına hörmət əlaməti olaraq, eləcə də İslam İnqilabının amallarına sədaqətini elan edərək, sionist rejim boksçusu ilə yarışmaqdan imtina edib.
Bu yarışlar dörd gün davam edəcək.