Azərbaycan R-da Din və Multikulturalizm iclası keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i252590-azərbaycan_r_da_din_və_multikulturalizm_iclası_keçirilib
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzində bir qrup mütəfəkkir Din və Multikulturalizm adı altında iclas keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2016 09:09 Asia/Baku
  • Azərbaycan R-da Din və Multikulturalizm iclası keçirilib
    Azərbaycan R-da Din və Multikulturalizm iclası keçirilib

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzində bir qrup mütəfəkkir Din və Multikulturalizm adı altında iclas keçirib.

IRIB-nin Bakı müxbirinin məlumatına görə, bu iclasda İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi öz çıxışında Quranın mültikulturallığı və tolerantlığını şərh edərək, deyib: Hərçənd bu gün multikulturallıq və tolerantlıq sözləri Qərbdə də irəli sürülür, lakin bu terminlərin kökü Şərqdədir və Müqəddəs Allah Quranda buyurur: İnsanları müxtəlif rənglər, dillər və qövmlərdə yaratdıq ki, bir-birilərini tanısınlar və onlar təqvadan başqa bir-birindən heç bir üstünlüyə malik deyillər.

O, İslam-ı sülh və təhlükəsizlik dini adlandıraraq, əlavə edib: Zorakılıqla mübarizə üçün ən yaxşı yol, əsl İslamı tanımaqdır.

İclasın davamında iştirakçılardan bir neçəsi İslamın Azərbaycan Respublikasında multikulturalizmin inkişafındakı rolu, İslam və multikulturallıq və dini tolerantlıq sahələrində çıxışlar edib.