Azərbaycan Respublikası və Qazaxıstan rəsmiləri Xəzərin hüquqi statusu barədə məşvərət ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i252611-azərbaycan_respublikası_və_qazaxıstan_rəsmiləri_xəzərin_hüquqi_statusu_barədə_məşvərət_ediblər
Azərbaycan Respublikası və Qazaxıstan rəsmiləri Xəzər dənizinin hüquqi statusu konvensiyasının ilkin mətni barədə tam razılığa gəlmək üçün birgə səylərin artırılması vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2016 13:23 Asia/Baku
  • Azərbaycan Respublikası və Qazaxıstan rəsmiləri Xəzərin hüquqi statusu barədə məşvərət ediblər
    Azərbaycan Respublikası və Qazaxıstan rəsmiləri Xəzərin hüquqi statusu barədə məşvərət ediblər

Azərbaycan Respublikası və Qazaxıstan rəsmiləri Xəzər dənizinin hüquqi statusu konvensiyasının ilkin mətni barədə tam razılığa gəlmək üçün birgə səylərin artırılması vacibliyini vurğulayıblar.

IRIB-nin Bakı müxbirinin məlumatına görə, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstan Xarici İşlər Nazirliyinin Bakı iclasına göndərilmiş nümayəndəsi Zulfiyyə Amanjulova Xəzər dənizinin hüquqi statusu konvensiyasının ilkin mətnini və tərəfləri maraqlandıran bəzi məsələləri araşdırıblar.

İki tərəf Xəzər dənizi məsələləri barədə ikitərəfli məşvərətləri, həll olunmamış məsələlər barədə razılığa çatmaq, eləcə də Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması üçün mühüm adlandırıblar.

"Xəzər Dənizinin Hüquqi Statusu Konvensiyasının Hazırlanması üzrə İşçi Qrupu"nun 47-ci iclası İran xarici işlər nazirinin iştirakı ilə oktyabrın 23-də Tehranda keçirildi.

İran İslam Respublikası, Azərbaycan Respublikası, Rusiya, Qazaxıstan və Türkmənistan beş xəzəryanı ölkədir.