Azərbaycan Respublikası didərginlərinin etiraz aksiyası
-
Azərbaycan Respublikası didərginlərinin etiraz aksiyası
Azərbaycan Respublikasının Biləsuvar rayonundakı Cəbrayıllı qəsəbəsində yaşayan didərginlər bu qəsəbədə elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz olaraq, aksiya keçiriblər.
IRIB-nin "İslamın Səsi"nə istinadla Bakıdan verdiyi məlumata əsasən, şahidlərin dediklərinə görə, bu aksiya etirazçılarla polis arasında qarşıdurmaya səbəb olub və bir qrup etirazçı həbs olunubdur.
Cəbrayıllı qəsəbəsi merinin müavini Arif Fərzəliyev bu xəbəri təsdiqləyərək, deyib: Biləsuvar rayonundakı 11 qəsəbənin əhalisinin elektrik idarəsinə olan borcuna görə, bu məntəqələrin elektrik enerjisi kəsilmişdi, amma aparılmış müzakirələrdən sonra hazırda vəziyyət adidir və heç bir problem yoxdur.
Arif Fərzəliyev əlavə edib: Qərara alınıbdır ki, əhali elektrik idarəsinə olan borclarını hissələrlə və tədricən ödəsin.
Biləsuvar rayonundakı 11 qəsəbəyə qazın çəkilmədiyinə görə, bu məntəqələrin sakinləri qazın yerinə, elektrik enerjisindən istifadə etməyə məcburdurlar.