Yaxın gələcəkdə Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i252707-yaxın_gələcəkdə_naxçıvan_məşhəd_qatarı_istifadəyə_veriləcək
Naxçıvan-Məşhəd və əks istiqamətdə sərnişin qatarı 29 dekabrda fəaliyyətə başlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2016 06:55 Asia/Baku
  • Yaxın gələcəkdə Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək

Naxçıvan-Məşhəd və əks istiqamətdə sərnişin qatarı 29 dekabrda fəaliyyətə başlayacaq.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycanın Dəmir Yolları Şirkəti bildirib: Bu sərnişin qatarı həftədə iki gün, bazar və cümə axşamı günləri Naxçıvan Muxtar Respublikasından Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd istiqaməti ilə Məşhədə doğru hərəkət edəcək. 

Bu məlumata görə, Naxçıvan-Məşhəd sərnişin qatarında əlavə imkanların yaradılması üçün Naxçıvan və Culfa terminallarında modern avadanlıqlar quraşdırılıb. 

Azərbaycanın Dəmir Yolları Şirkəti Bildirib: Sərnişinlər bu gündən online şəkildə, həmçinin dəmiryolu vağzallarından bu istiqamətdə bilet ala bilərlər. 

Hər bir sərnişinin biletinin qiyməti 40 İsveçrə frankıdır. Vətəndaşlar milli valyuta ala bilərlər. 

Bu sərnişin qatarı İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında fevral ayında Tehranda imzalanan anlaşmaya əsasən fəaliyyətə başlayır. 

Naxçıvan Muxtar Respublikası 1924-cü il 9 fevraldan muxtar respublika olaraq idarə olunan Azərbaycanın ərazisidir.