Dek 28, 2016 19:05 Asia/Baku
  • İran və Azərbaycanın dəmiryolları istifadəyə verilir; 3 aya qədər
    İran və Azərbaycanın dəmiryolları istifadəyə verilir; 3 aya qədər

İranın Dəmir Yolları Şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru İran Astarası dəmiryolunun Azərbaycan Respublikası Astarası dəmiryoluna birləşdirilməsi işlərinin yekunlaşmasından xəbər verib.

İRNA-nın məlumatına görə, İranın Dəmir Yolları Şirkətinin Beynəlxalq məsələlər üzrə baş direktoru Abbas Nəzəri iki ölkənin önəmli müştərək dəmiryol və nəqliyyat projesi olaraq İran dəmiryolunun Azərbaycan Respublikasına birləşdirilməsinin faydalarına toxunaraq deyib: Gələn üç ay ərzində bu dəmiryolu istifadəyə veriləcək.

İran və Azərbaycan Respublikası dəmiryolunda 500 milyon dollarlıq maliyyə təminatı üçün Azərbaycan Respublikası ilə ilkin anlaşma məsələsinə toxunaraq əlavə edib: Bu projenin açılış mərasimindən dərhal sonra Azərbaycan Respublikası ilə beynəlxalq əməkdaşlıqların davamında Rəşt-Astara dəmiryolunun 500 milyon dollarlıq maliyyə təminatı iş gündəminə salınacaq.

İranın Dəmir Yolları Şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru bildirib: Qəzvin-Rəşt-Astara-Astara dəmiryolunun təkmilləşdirilməsi, İran dəmiryolu vasitəsi ilə Rusiyanın Hindistana birləşdirilməsi məqsədilə şimal-cənub dəhlizinə şərait yaranır və Astara quru, dəniz və dəmiryol nəqliyyatından faydalanacaq ilk şəhər olacaqdır.

İranın yol və şəhərsalma naziri Abbas Axundi də bir il öncə bildirmişdi ki, İran Azərbaycan üçün enli dəmiryoluna şərait yaradır və İranın Azərbaycan Respublikası və Qara dəniz vasitəsi ilə dünya bazarları ilə əlaqəsi təklifi araşdırılmalıdır.

Teqlər