Səngəçalda qaz kəmərində yenidən partlayış
Yan 02, 2017 11:13 Asia/Baku
-
Səngəçalda qaz kəmərində yenidən partlayış
Səngəçalda 5 gün əvvəl partlayış baş vermiş qaz kəmərində yenidən partlayış olub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 7 radələrində kəmərin eyni yerində qeydə alınıb.
Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.