Yan 06, 2017 18:05 Asia/Baku
  • Akif Heydərli
    Akif Heydərli

Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli düşmənlər və beynəlxalq hegemonçuluq quruluşu qarşısında İslam ölkələri və müsəlmanların birliyi və həmrəyliyinə təkid etdi.

Akif Nağı Beynəlxalq Səhər Kanalına verdiyi müsahibədə ABŞ və İsraili müsəlmanlar və İslam Dünyasının başlıca düşmənləri adlandırıb və deyib: Hazırkı durumda müsəlmanların bir-birilərini himayə etməsi və bir-birilərinə dəstək verməsi hər zaman olduğundan daha artıq vacibdir.

AİP-in sədr müavini Akif Heydərli daha sonra İsraili himayə etmək və bu rejim ilə əməkdaşlığı dünya müsəlmanlarının haqlı istəkləri və qanuni hüquqlarının ayaqlar altına atılması mənasında dəyərləndirib və deyib: Müsəlmanlar bir-birilərinin mövqelərini və siyasətlərini himayə etməklə İsrail rejimi başda olmaqla zorakı qüdrətlər qarşısında dayana və onları məğlub edə bilərlər.

AİP-in sədr müavini sonda deyib: İran İslam Respublikası müsəlman ölkələrin o cümlədən Fələstin xalqının hüquqlarını himayə etməklə dəfələrlə öz dəyişilməz mövqeyini ortaya qoyubdur.

Teqlər