Azərbaycanın Səudiyyə Ərəbistanının koalisiyasına qoşulması xəbəri təkzib edilib
-
Azərbaycanın Səudiyyə Ərəbistanının koalisiyasına qoşulması xəbəri təkzib edilib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bəzi KİV-lərin bu ölkənin Səudiyyə Ərəbistanının koalisiyasına qoşulmaq niyyətləri barədəki xəbərlərini təkzib edib.
İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası mediaları bu gün Pakistanın DünyaNyus telekanalına istinadla bildiriblər ki, rəsmi Bakı Səudiyyə Ərəbistanının dırnaq arası anti-terror koalisiyasına qoşulmaq istəyir.
Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev deyib: Bu mövzu hələlik hökumətin və XİN-in gündəmində deyil.
Hikmət Hacıyev deyib: Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanının koalisiyasına qoşulması barədə təklif gələrsə rəsmi Bakı onu araşdıracaq amma hələlik belə bir mövzu gündəmdə deyil.
Səudiyyə Ərəbistanı elə bir şəraitdə saxta anti-terror koalisiyası yaradıb ki, özü Suriya və İraqdakı müxtəlif terrorçu qrupların əsas himayədarıdır.