İlham Əliyev: Ayətullah Haşimi Rəfsəncani İran-Azərbaycan əlaqələrinin inkişafında önəmli rola malik olub
-
İlham Əliyev: Ayətullah Haşimi Rəfsəncani İran-Azərbaycan əlaqələrinin inkişafında önəmli rola malik olub
Azərbaycan Respublikasının prezidenti deyib: Ayətullah Haşimi Rəfsəncani iki ölkə əlaqələrinin inkişafında önəmli rola mlik olmuşdur.
İRNA-nın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün İranın Bakıdakı səfirliyində açılmış xatirə dəftərini imzalayaraq iki ölkə arasında hərtərəfli əlaqələrin genişlənməsini vurğulayıb və deyib: Ayətullah Haşimi Rəfsəncani tədbirli siyasətçi olaraq iki ölkə əlaqələrinin inkişafı üçün çoxlu fəaliyyətlər həyata keçirmişdir.
İrlandiya prezidenti Maykl Dəniel Hiqinz də bu gün İranın Dublindəki səfirliyinə müraciət edərək Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran xalqı və dövlətinə başsağlığı verib.
İrlandiya prezidenti bu ölkənin 3-cü telekanalına verdiyi müsahibədə deyib: İrlandiya İranla əlaqələrin genişləndirilməsində maraqlıdır.
İİR-in İrlandiyadakı səfiri Cavad Kəçuiyan da İİR-in mövqeyi və potendiallarını şərh edərək rəsmi Tehranın İrlandiya ilə əməkdaşlıqların genişləndirilməsinə hazır olduğunu bildirib.
Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi bu gün İran İslam Respubliksının banisi Həzrət İmam Xomeyninin(r.ə) pak məqbərəsində torpağa verildi.