Mətbuat Şurasının İdarə Heyətinin üzvü jurnalistlərin həbsini əsaslandırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i255391-mətbuat_Şurasının_İdarə_heyətinin_üzvü_jurnalistlərin_həbsini_əsaslandırıb
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə jurnalistlərin həbsini əsaslandırıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2017 15:04 Asia/Baku
  • Mətbuat Şurasının İdarə Heyətinin üzvü jurnalistlərin həbsini əsaslandırıb
    Mətbuat Şurasının İdarə Heyətinin üzvü jurnalistlərin həbsini əsaslandırıb

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə jurnalistlərin həbsini əsaslandırıb

faktxeber.com-un verdiyi məlumata görə, Vüqar Rəhimzadə jurnalistlərə verdiyi müsahibədə son bir ay ərzində 4 müstəqil jurnalistin həbs edildiyini bildirərək deyib: "Xüsusilə  elektron media orqanlarında  insanların şərəf və ləyaqətini alçaldan, şantaj xarakterli, şəxsi məqsədlər daşıyan və peşə davranış qaydalarını pozan hallara daha çox rast gəlinir." Vüqar Rəhimzadə bu kimi fəaliyyətdə məqsədin həmin şəxslərdən böhtan, şantaj, hədə-qorxu ilə pul tələb etmək olduğunu deyib. 

Vüqar Rəhimzadə son vaxtlar Mətbuat Şurasının 10-a yaxın saytla bağlı araşdırma apardığını və araşdırmalar yekunlaşdıqda bu saytların bəzi jurnalistlərinin həbs ediləcəyini bildirib. 

Komissiya sədri bildirib ki, bəzi qəzetlər şantajla məşğul olmaq üçün yaradılıb və qanuni proseslər bitdikdən sonra onların fəaliyyəti dayandırılacaq. 

Vüqar Rəhimzadə Həmin media orqanlarının adlarının “qara siyahı”ya salındığını bildirərək onlar barədə müəyyən qərarlar veriləcəyini xatırladıb.

Qeyd edək ki, Son vaxtlar Azərbaycan Respublikasında bir qrup müstəqil jurnalistin həbs edilməsinə qərar verilib, onlar fırıldaqçılıqda ittiham olunurlar.