“Ən böyük zərbəni bank sektoru vurdu”
Yan 11, 2017 07:20 Asia/Baku
-
İlham Əliyev
Prezident İlham Əliyev: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub"
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetində qeyd edib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.