ATƏT nümayəndələrinin Qarabağda atəşkəsə nəzarəti
https://azeri.sahartv.ir/news/azərbaycan-i255796-atƏt_nümayəndələrinin_qarabağda_atəşkəsə_nəzarəti
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ATƏT nümayəndələrinin Qarabağ təmas xəttində atəşkərə riayətə nəzarətlərindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2017 15:48 Asia/Baku
  • ATƏT nümayəndələrinin Qarabağda atəşkəsə nəzarəti

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ATƏT nümayəndələrinin Qarabağ təmas xəttində atəşkərə riayətə nəzarətlərindən xəbər verib.

Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün bildirib ki, ATƏT nümayəndələrinin bu ölkənin Füzuli rayonunda, Qarabağ ön cəbhəsindən baxış keçirmələri zamanı heç bir döyüş və ya qeyri-adi hadisə baş verməyibdir.

Bu xəbərin verilməsi elə bir haldadır ki, Azərbaycan Respublikası və Ermənistan bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər.

Azərbaycan Respublikası-Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi döyüşə çevrilibdir.1994-cü ilin mayından tərəflər arasında atəşkəs bərqərar edilib, amma Rusiya, Fransa və Amerikanın həmsədr olduqları ATƏT-in Minsk Qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi indiyə kimi heç bir nəticə verməyibdir.

ATƏT nümayəndələri iki tərəf arasındakı atəşkəsin pozulmasının qarşısını almaq üçün vaxtaşırı bu məntəqədə olurlar.