Xəzərdə Azərbaycan R-nın bir yük gəmisində yanğın baş verib
Yan 12, 2017 22:02 Asia/Baku
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bir gəmi-bərədə baş verən tüstüləmə ilə bağlı məlumat yayıb.
QSC-dən verilən məlumatda bildirilir ki, bu gün yerli vaxtla saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus bir gəmi-bərənin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.
Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.
Məlumatda deyilir ki, gəmi-bərə təhlükəsiz vəziyyətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İrgiz” yedək gəmisi ilə sahilə yan almaq üzrədir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır.