İranın iştirakı ilə Azərbaycanda əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib
-
İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii
İran İslam Respublikasının iştirakı ilə Bakının Pirallahı Sənaye Parkında Əczaçılıq Zavodunun təməlqoyma mərasimi keçirilib.
İRİB-in Bakıdan verdiyi məlumata görə, bu sənaye zavodu İran İslam Respublikasının İctimai Təminat Təşkilatına bağlı Dərman Təminatı İnvestisiya Şirkəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərsun Şirkətinin investisiyası ilə 21 milyon dollar vəsaitlə tikiləcək və İranın bu zavodun inşasında payı 49%-dir.
Bu zavodun ilk mərhələsinin istifadəyə verilməsi ilə 84 növ dərman, ürək-damar xəstələri, ağrılar və psixoloji problemlərə qarşı, həssaslığa qarşı, viruslara qarşı və qida dərmanlarının kapsula və həb şəklində istehsal olunacaq və İran İslam Respublikası və Azərbaycan Respublikasının "Caspian Farmed" adlı müştərək brendi ilə satışa çıxarılacaq.
Bu zavodun ikinci mərhələsində iynə formasında (maye və toz şəklində dərmanları saxlamaq üçün şüşə qablar) vial və anti-biotiklər istehsal ediləcək və satışa çıxarılacaq.
İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii bu zavodun təməlqoyma mərasimində bu istehsal zavodunun tikilməsinin məqsədini ilk öncə Azərbaycan Respublikasının dərman idxalının azaldılması və tədricən bu ölkənin dərman sahəsindəki özünü təminə çatması adlandırıb və əlavə edib: Növbəti mərhələdə məqsədimiz, Rusiya, Gürcüstan, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər Orta Asiya ölkələrinə dərman ixracatıdır.
O deyib: Proqnoz edirik ki, bu zavod istifadəyə verildikdən sonra növbəti bir ildə ildə 100 milyon dollar dəyərində dərmanı digər ölkələrə ixrac edəcəyik.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də iki ölkə prezidentlərinin iradəsi ilə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının təkcə iqtisadiyyat və sənaye deyil, bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirib və əlavə edib: Biz bu əməkdaşlıqları davam etdiririk və inşasına başlanan avtomobilqayırma və əczaçılıq zavodlarından sonra avtobusqayırma zavodu və kənd təsərrüfatı avadanlıqlarının istehsalı zavodlarının inşasına başlayacağıq.
Əczaçılıq zavodu Azərbaycanın Neftçala rayonunda inşa olunmaqda olan avtomobilqayırma zavodundan sonra ikinci ən böyük sənaye bölməsidir ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının əməkdaşlığı ilə inşa olunur.
Bu zavodun təməlqoyma mərasimində İranın kooperasiya, əmək və sosial rifah naziri, İranın Azərbaycandakı səfiri, parlamentin 5 millət vəkili, o cümlədən parlamentin iqtisadi komissiyasının və dostluq qrupunun sədri Xodadadi, parlamentin enerji komissiyasının sədri və dostluq qrupunun üzvü Firudin Həsən Vənd, parlamentin rəyasət heyətinin üzvü və dostluq qrupunun üzvü Aşuri, parlamentin rəyasət heyətinin və dostluq qrupunun üzvü Behruz Neməti, proqram və büdcə komissiyasının sədri Tac Gərdun, həmçinin kooperasiya, əmək və sosial rifah nazirinin müavini Əbülhəsən Firuzabadi də iştirak edib.