Azərbaycan R. vətəndaşları üçün həcc səfəri məhdudiyyətləri
-
Azərbaycan R. vətəndaşları üçün həcc səfəri məhdudiyyətləri
Bir dəfədən çox həcc mərasiminə getmək istəyən Azərbaycan Respublikası vətəndaşları daha çox məbləğ ödəməlidirlər.
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi bildirib ki, bir dəfədən çox ümrə təmətto və ümrə müfrədə həccinə getmiş Azərbaycan Respublikası vətəndaşları nəzərdə tutulan məbləğdən beş yüz dollar çox pul ödəməlidirlər.
Bu xəbərin yayılmasından sonra Ərəbistan Xarici İşlər Nazirliyi bu şərtin ümrə müfrədə həccindən götürüldüyündən xəbər verib..
Qafqaz Müsəlmanları İdarəsi həmçinin bildirib ki, bu şərt Ərəbistan dövləti tərəfindən Azərbaycan Respublikası üçün nəzərdə tututlub.
İkininci dəfə həccə səfər edən Azərbaycan Respublikası vətəndaşları nəzərdə tutulan məbləğdən 500, üçüncü dəfə səfər edən zəvvarlar isə 550 dollar əlavə xərc çəkməlidirlər.
Qafqaz Müsəlmanları İdarəsi həmçinin Azərbaycan Respublikasında təmətto həcci xərclərinin artması ehtimalından xəbər verib və bilidirib ki, bu ölkənin milli pul vahidi olan manatın dəyərinin aşağı düşməsinə və dolların qiymətinin artmasına görə, bu idarə tərəfindən alınan məbləğ artacaqdır.
Bundan öncə Özbəkistan öz vətəndaşları üçün bir dəfədən çox həcc mərasiminə getməyi qadağan edibdir.