İlham Əliyev: Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir.
https://azeri.sahartv.ir/news/azərbaycan-i257541-İlham_Əliyev_Əfsuslar_olsun_ki_bizim_ölkəmiz_uzun_illər_ikili_standartlarla_üzləşir.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 23, 2017 18:15 Asia/Baku
  • İlham Əliyev: Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı deyib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyyev deyib: BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır: “Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir. BMT Təhlükəsizlik Şurası ilə yanaşı, digər beynəlxalq təşkilatlar – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası oxşar qərar və qətnamələr qəbul edib. Onlar da kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq normaların kobudcasına pozulması deməkdir. Ancaq yenə də işğalçı dövlətə heç bir təzyiq göstərilmir. Bu, ikili standartlar siyasətidir. Əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar.