Yan 27, 2017 13:30 Asia/Baku
  • Elşən Mustafaoğlu
    Elşən Mustafaoğlu

Bir neçə gün bundan öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilən ilahiyyatçı Elşən Mustafaoğlu, Kürdəxanı İstintaq Təcridxanası köçürülüb.

Bu barədə “İslaminSesi”nə ilahiyyatçının yaxınları məlumat verib. Elşən Mustafaoğlu 2014-cü ildə həbs edildikdən indiyə qədər Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılırdı.

Elşən Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, dövlətə xəyanət maddəsi ilə ittiham olunurdu. İlahiyyatçı, ona qarşı elan edilən ittihamla özünü təqsirli bilmir.

 

Teqlər