Reks Tillerson:Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacağam
https://azeri.sahartv.ir/news/azərbaycan-i258133-reks_tillerson_ermənistan_türkiyə_diplomatik_əlaqələrini_normallaşdırmağa_çalışacağam
"Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram". APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2017 11:08 Asia/Baku
  • Reks Tillerson:Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacağam

"Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram". APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib.

Reks Tillersonun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir.

Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin "rəsmi Yerevanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?" sualına cavab olaraq R.Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.