"Amerika yəhudilər komitəsi"nin başçıları İ.Əliyevlə görüşüblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i258235-amerika_yəhudilər_komitəsi_nin_başçıları_İ.Əliyevlə_görüşüblər
"Amerika yəhudilər komitəsi"nin başçıları İ.Əliyevlə görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2017 13:37 Asia/Baku
  • "Amerika yəhudilər komitəsi"nin başçıları İ.Əliyevlə görüşüblər

"Amerika yəhudilər komitəsi"nin başçıları İ.Əliyevlə görüşüblər.

IRIB-nin Bakı ofisinin Azərbaycan Respublikası prezident administrasiyasının internet portalına istinadlı məlumatına görə, "Amerika yəhudilər komitəsi"nin sədri Con Şapiro və icra müdiri David Herisin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşündə Azərbaycan Respublikasında iqtisadi və digər sahələrdəki cari islahatlar barədə fikir mübadiləsi aparılıb və vurğulanıb ki, bu islahatlar ciddi şəkildə nəzarət altında olubdur.

Bu görüşdə həmçinin Azərbaycan Respublikası prezidentinin Davoosdakı görüşlərinin səmərələri vurğulanıb və bu görüşlərin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə beynəlxalq səviyyədə həmkarlığa təmayülün nişanəsi kimi dəyərləndirilib. Bu danışıqlarda Azərbaycan Respublikası-Amerika ikitərəfli əlaqələri araşdırılaraq, bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsindən razılıq edilib və əminlik ifadə olunub ki, Azərbaycan Respublikası-Amerika əməkdaşlığı bundan sonra da davam edəcək. Sonra Azərbaycan Respublikası-İsrail rejimi əlaqələri haqda söhbət və müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə razılıq edilib.