Şəhid Çingiz Qurbanovla vida mərasimi
https://azeri.sahartv.ir/news/azərbaycan-i259001-Şəhid_Çingiz_qurbanovla_vida_mərasimi
2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğluna vida mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2017 09:29 Asia/Baku
  • Şəhid Çingiz Qurbanovla vida mərasimi
    Şəhid Çingiz Qurbanovla vida mərasimi

2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğluna vida mərasimi keçirilib.

 APA-nın məlumatına görə, vida mərasimində Azərbaycan Respublikası müdafiə naziri, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib.

Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib.

Şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunacaq.

Şəhid əsgərin meyiti ötən gün Azərbaycana təhvil verilib.