Azərbaycan Respublikası AB-nin ən əsas ortağı
Fev 07, 2017 07:42 Asia/Baku
-
Azərbaycan Respublikası AB-nin ən əsas ortağı
Avropa Birliyi Şurasının sədri Azərbaycan Respublikasını AB-nin ən önəmli ortağı adlandırıb.
APA-nın verdiyi məlumata görə, AB şurasının sədri Donald Task Brüsseldə Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşündə qarşılıqlı görüşlərin səmərəli olduğunu bildirərək deyib: Azərbaycan enerji təmini baxımından AB üçün ən önəmli ölkə və strateji ortaqdır.
Avropa Birliyi Şurasının sədri deyib: AB Azərbaycan Respublikasının strateji ortağı və ən əsas investorudur və Avropa bu ölkə ilə İqtisadi sahədə əməkdaşlıqların davam və inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyi rəsmiləri ilə qarşılıqlı əlaqələri müzakirə etmək məqsədi ilə bazar günü Belçika paytaxtı Brüsselə səfər edib.