İran və Azərbaycan dəmir yollarıın birləşdirilməsi prosesi araşdırılıb
-
İran və Azərbaycan dəmir yollarıın birləşdirilməsi prosesi araşdırılıb
İran İslam Respublikasının Dəmir Yol Şirkətinin icraçı direktoru və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri iki ölkə dəmir yollarının birləşdirilməsinin son prosesini araşdırıblar.
İran İslam Respublikası Dəmir Yol Şirkətinin icraçı direktoru Səid Məhəmmədzadə və Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov çərşənbə axşamı günü Bakıda Astara-Astara dəmir yolu xəttinin çəkilməsi və Şimal-Cənub Nəqliyyat Dəhizlinin təkmilləşdirilməsi prosesi haqda fikir mübadiləsi aparıblar.
Cavid Qurbanov Məhəmmədzadə ilə görüşdə iki ölkə prezidentinin iradəsi çərçivəsində Azərbaycan Respublikası və İran İslam Respublikasının əlaqələrinin güclənməsinə toxunub və Azərbqaycan ərazisində Şimal-Cənub Nəqliyyat dəhlizinn təkmilləşdirilməsi çərçivəsində görülən işlər haqda İranın Dəmir Yol Şirkətinin icraçı direktoruna məlumat verib.
Azərbaycan Respublikası Dəmir Yolları QSC-sədri iki qonşu ölkənin dəmir yol əlaqələrinin genişləndirilməsi üzrə Naxçıvan-Məşhəd-Naxçıvan sərnişin qatarının istifadəyə verilməsini önəmli qiymətləndirib.
İran İslam Respublikası Dəmir Yol Şirkətinin icraçı direktoru Səid Məhəmmədzadə də deyib: İran Astarası və Azərbaycan Astarası dəmir yolu xəttinin inşası yaxın zamanda başa çatacaq və hal-hazırda tikinti işləri, o cümlədən İran Astarasında dəmir yol vağzalı və yük terminalının inşası işləri sürətlə davam edir.
İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yol Şirkətinin icraçı direktoru Səid Məhəmmədzadə çərşənbə axşamı günü Azərbaycana üç günlük səfər edib.