Şəhid Fuad Qafarov dəfn edilib
Fev 13, 2017 10:17 Asia/Baku
-
Şəhid Fuad Qafarov dəfn edilib
Ermənistanın silahlı qüvvələri tərəfindən şəhid olan Azərbaycan ordusunun kiçik çavuşu Fuad Qafarov bu gün Xaçmazda dəfn edilib.
APA-nın məlumatına görə, dəfn mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhid F. Qafarov köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.
Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib ki, Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti hücum cəhdinin qarşısı alınıb.
Teqlər