İran səfiri Azərbaycanın daxili işlər naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i259750-İran_səfiri_azərbaycanın_daxili_işlər_naziri_ilə_görüşüb
İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın daxili işlər naziri Ramil Usubov ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2017 07:33 Asia/Baku
  • İran səfiri Azərbaycanın daxili işlər naziri ilə görüşüb
    İran səfiri Azərbaycanın daxili işlər naziri ilə görüşüb

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın daxili işlər naziri Ramil Usubov ilə görüşüb.

İRİB-nin verdiyi məlumata görə, bu görüşdə Azərbaycanın daxili işlər naziri iki ölkə əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf halında olduğuna işarə edib və deyib: İran və Azərbaycan iki dost, qardaş ölkə olaraq, dərin dini, tarixi və mədəni bağlara malikdirlər. Buna görə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir. 

Ramil Usubov əlavə edib: Terrorizm və ifratçılıq ilə mübarizə habelə, mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qaçaq edilməsi iləmübarizə iki ölkə rəsmilərinin əlaqələrin möhkəmləndirilməsi üçün təkid etdikləri sahələrdəndir. 

İran səfiri də bu görüşdə İranın daxili işlər nazirinin bir neçə ay öncə Azərbaycana olan səfərinə toxunaraq, İran İslam Respublikasının iki ölkənin Daxili İşlər Nazirlikləri arasında profesional əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.