Rusiya və ABŞ silahlı qüvvələrinin baş qərargah rəisləri Azərbaycanda görüşürlər
Rusiya və Amerika silahlı qüvvələrinin baş qərargah rəisləri iki ölkə silahlı qüvvələri arasındakı əlaqələrin genişləndirilməsi və mövcud anlaşılmazlıqların aradan qaldırılması üzrə Azərbaycanda görüşürlər.
"OXU" internet portalının verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bildirib: Rusiya və Amerika silahlı qüvvələrinin baş qərargah rəisləri Valeri Gerasimov və Cosef Danford fevralın 16-da Bakıda görüşəcəklər.
Bu məlumata görə, bu görüşdə iki ölkənin hərbi əməkdaşlıqlarının perspektivləri və tərəflərin fəaliyyətləri üzündən baş verə biləcək qarşıdurmaların önlənilməsi haqda danışıqlar aprılacaq.
Məlumatda həmçinin bildirilir ki, dünyanın böhranlı məntəqələrində təhlükəsizliyin təmin edilməsi Rusiya və Amerika silahlı qüvvələrinin baş qərargah rəislərinin görüşündə araşdırılacaq digər mövzulardandır.