Sionist rejimin müharibə naziri Azərbaycan R. prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i260386-sionist_rejimin_müharibə_naziri_azərbaycan_r._prezidenti_ilə_görüşüb
İslam ölkələrinin sionist rejimlə heç bir əlaqələrinin olmamasına rəğmən, sionist rejimin müharibə naziri Aviqdor Liberman Münhen Təhlükəsizlik Konfransının kənarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2017 11:30 Asia/Baku
  • Sionist rejimin müharibə naziri və Əliyev
    Sionist rejimin müharibə naziri və Əliyev

İslam ölkələrinin sionist rejimlə heç bir əlaqələrinin olmamasına rəğmən, sionist rejimin müharibə naziri Aviqdor Liberman Münhen Təhlükəsizlik Konfransının kənarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb.

Azərbaycan Respublikasının xəbər mənbələrinin məlumatlarına görə, bu görüşdə Azərbaycan Respublikası ilə sionist rejim arasındakı əlaqələrin müxtəlif cəhətləri araşdırılıb.

Görüşdə  sionist rejimin müharibə naziri Aviqdor Libermanın Bakıya səfəri, eləcə də bu rejimin baş naziri Benyamin Netanyahunun keçən il Azərbaycan Respublikasına olmuş səfəri nəzərdən keçirilib.

Bu görüşdə Azərbaycan Respublikası ilə sionist rejim arasındakı hərbi həmkarlıq səviyyəsindən razılıq edilib və bu sahədə həmkarlıq perspektivi ilə bağlı məsələlər araşdırılıb.

2017-ci ilin Azərbaycan Respublikasında İslam həmrəyliyi ili elan olunmasına görə, prezident Əliyevin Fələstin müsəlmanlarının qatili ilə görüşməsi qəribə görünür.