Dağlıq Qarabağda qondarma referendum keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i260398-dağlıq_qarabağda_qondarma_referendum_keçirilir
Fevralın 20-də Azərbaycan Respublikasının separatçı bölgəsi Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2017 13:44 Asia/Baku
  • Dağlıq Qarabağda qondarma referendum keçirilir
    Dağlıq Qarabağda qondarma referendum keçirilir

Fevralın 20-də Azərbaycan Respublikasının separatçı bölgəsi Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirilir.

Ermənistan xəbər qaynaqlarının məlumatına görə, referendumda 102 min seçici iştirak edir.

“Referendum”da qondarma Dağlıq Qarabağ rejimində “prezident idarəçiliyi”nin saxlanması və daha da gücləndirilməsi nəzərdə tutulur.

Erməni mənbələrinin məlumatına görə, referendumun gedişini xarici müşahidəçilər də izləyirlər.

Qeyd edək ki, beynəlxalq aləm Dağlıq Qarabağ adında respublika və indiyədək orda keçirilən heç bir seçkini tanımayıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu addımı kəskin pisləyib və bunu təxribatçılıq adlandırıb: “Bu təxribatçı addımdır. Azərbaycan Respublikasının tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”- bəyanatda vurğulanır.