İlham Əliyev Bakı-Tehran arasında turizm sənayesinin inkişafını dəstəkləyib
https://azeri.sahartv.ir/news/azərbaycan-i260438-İlham_Əliyev_bakı_tehran_arasında_turizm_sənayesinin_inkişafını_dəstəkləyib
Azərbaycan Respublikası prezidenti turizm sənayesinin inkişafı məqsədilə bu ölkənin İran İslam Respublikası ilə sərhəd yoxlama keçidlərinin iş saatının artırılmasına dair sərəncam imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2017 09:45 Asia/Baku
  • lham Əliyev Bakı-Tehran arasında turizm sənayesinin inkişafını dəstəkləyib
    lham Əliyev Bakı-Tehran arasında turizm sənayesinin inkişafını dəstəkləyib

Azərbaycan Respublikası prezidenti turizm sənayesinin inkişafı məqsədilə bu ölkənin İran İslam Respublikası ilə sərhəd yoxlama keçidlərinin iş saatının artırılmasına dair sərəncam imzalayıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, İlham Əliyevin bazar ertəsi imzaladığı qərara əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Sərhəd Qüvvələri iranlı qurumlarla müzakirələr aparmalı, bu ölkənin İranla sərhəd keçidlərinin iş saatının artırılmasına dair lazımi addımları atmalıdırlar. 

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, bu ölkənin ictimai xidmətlər və ictimai innovasiyalar dövlət müəsisəsi bütün sərhəd keçidlərində elektron vizanın alınması istiqamətində xarici ölkə vətəndaşları üçün lazımi şəraiti yaratmalıdır.

Sərəncama əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də elektron və bu ölkənin sərhəd keçidlərinə giriş anında vizanın verilməsi istiqamətində xarici ölkə vətəndaşları üçün yaradılan şərait haqda lazımi məlumatları öz rəsmi saytında, Azərbaycanın digər ölkələrdəki səfirlikləri və konsulluqlarının saytlarında yerləşdirməlidir.