İlham Əliyevin həyat yoldaşı Azərbaycanın vitse-prezidenti oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i260480-İlham_Əliyevin_həyat_yoldaşı_azərbaycanın_vitse_prezidenti_oldu
Azərbaycan Respublikası prezidenti həyat yoldaşı və Heydər Əliyev Xeyriyyə Fondunun prezidenti Mehriban Əliyevanı prezidentin birinci müavini təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2017 16:18 Asia/Baku
  • İlham Əliyevin həyat yoldaşı Azərbaycanın vitse-prezidenti oldu
    İlham Əliyevin həyat yoldaşı Azərbaycanın vitse-prezidenti oldu

Azərbaycan Respublikası prezidenti həyat yoldaşı və Heydər Əliyev Xeyriyyə Fondunun prezidenti Mehriban Əliyevanı prezidentin birinci müavini təyin edib.

İRNA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı günü bu ölkənin Təhlükəsizlik Şurasında etdiyi çıxışında Mehriban Əliyevanı vitse-prezident təyin edib: O, mütəmadi illərdə Azərbaycanın siyasi, ictimai və mədəni həyatında önəmli rola malik olub.

Mehriban Əliyeva həmçinin hakim Yeni Azərbaycan partiyasının sədr müavini və Milli Məclisin deputatıdır.

Azərbaycan Respublikası prezidentinin 1-ci müavini və müavinləri bu ölkədə 2016-cı il 26 senytabrda keçirilən referenduma əsasən konstitusiyaya islahat proqramında yaradılıb.

Mehriban Əliyeva 1964-cü ildə Bakıda dünyaya gəlib və onun babası Mircalal Paşayev Azərbaycanın tanınmış İran əsilli yazarlarından biridir.

Mehriban Əliyevanın atası Arif Paşayev hal-hazırda Azərbaycan Respublikası Mühəndislik Akademiyasının prezidentidir.