İnqilab Rəhbərinin bəyanatı Azərbaycan R. medialarında geniş əks etdirilib
İslam İnqilabının Böyük Rəhbərinin Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransındakı çıxışı Azərbaycan Respublikası medialarında geniş əks etdirilib.
IRIB-nin Bakı ofisinin məlumatına görə, rəsmi AzərTac informasiya agentliyi bir reportajda bu konfransda 700-ə yaxın xarici qonağın iştirak etməsinə toxunub, İslam İnqilabının Böyük Rəhbərinin bu konfransdakı çıxışına işarə edərək, yazıb: İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu konfransdakı çıxışında dünya müsəlmanlarını birliyə çağırıb və Fələstin məsələsinin ədalətli həllini vurğulayıb.
AzərTac həmçinin belə qeyd edib: Azərbaycan Respublikası Milli Məclisinin iki üzvü bu ölkə tərəfindən Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransına qatıldı.
Mötəbər və təsirli APA xəbər agentliyi də İslam İnqilabının Böyük Rəhbərinin bu konfransın açılış mərasimindəki bəyanatına işarə edərək, yazıb: İranın Ali Dini Rəhbəri Fələstin müqavimətini keçmişdən ibrət almağa çağıraraq, müqavimət qüvvələrinə ixtilaflardan çəkinməyi tövsiyə edib.
APA yazıb: Ayətullah Xamenei İranın Fələstin məslələsi ilə bağlı mövqeyi barədə deyib: Bizim müqavimətlə bağlı mövqeyimiz prinsipial bir mövqe olaraq, heç bir xas qrupa aid deyil; bu yolda möhkəm addımlayan hər bir qrupla yanaşıyıq və bu yoldan çıxan hər bir qrup bizdən uzaqlaşmış olubdur.
Trend xəbər agentliyi də "İranın Ali Dini Lideri İslam ölkələrini Fələstinə yardım üçün birliyə çağırıb" adlı bir reportajda yazıb: İran İslam Respublikasının Ali Dini Rəhbəri öz çıxışında deyib: İslam ölkələrinin bir-birilərilə malik olduqları ixtilaflara rəğmən, hələ də Fələstin adı onların vəhdəti mehvəri ola bilər və olmalıdır da.
İslamın Səsi adlı xəbər portalı da "Ayətullah Xamenei Fələstinə Dəstək Konfransında Malkum X üçün fatihə oxudu" adlı reportajda yazıb: İslam İnqilabının Böyük Rəhbəri konfransın iştirakçılarından da Amerika qara dərililərinin rəhbəri üçün fatihə oxumalarını istədi.
Azərbaycan Respublikasında İslam-Azeri, Maidə. az, Dəyərlər, İnter. az və bir neçə digər xəbər saytı da öz reportajlarında İslam İnqilabının Böyük Rəhbərinin 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransındakı çıxışını ya tam şəkildə, ya da ki, xəbər titrləri formasında əks etdiriblər.