Ayətullah Qüreyşi: Müsəlmanların süstlüyü üzündən bütün dünyada müsəlmanların qətliam edilməsi adətə çevrilmişdir
https://azeri.sahartv.ir/news/azərbaycan-i261028-ayətullah_qüreyşi_müsəlmanların_süstlüyü_üzündən_bütün_dünyada_müsəlmanların_qətliam_edilməsi_adətə_çevrilmişdir
Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyənin imam cüməsi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edən qonaqları qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2017 11:26 Asia/Baku
  • Ayətullah Qüreyşi: Müsəlmanların süstlüyü üzündən bütün dünyada müsəlmanların qətliam edilməsi adətə çevrilmişdir
    Ayətullah Qüreyşi: Müsəlmanların süstlüyü üzündən bütün dünyada müsəlmanların qətliam edilməsi adətə çevrilmişdir

Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiyənin imam cüməsi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak edən qonaqları qəbul edib.

AranNews – Görüşdə Ayətullah Qüreyşi deyib: “Quran və Əhli-Beyt (ə) təlimlərinə əsasən, biz müsəlmanlar bir-birimizlə qardaşıq və ortaq taleyimiz vardır. Düşmənlərimiz bizim aramızda ayrılıq salmışdır. Belə heyətlərin qarşılıqlı səfərləri bizim qardaşlığımızı gücləndirir”.

Urmiyənin imam cüməsi əlavə edib: “Mütəal Allah Quranda buyurur: “Hər kəs bir kimsə öldürməyən və yer üzündə fitnə-fəsad törətməyən bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur”. Hər vaxt Xocalı hadisəsini xarıtlasaq, ürəyimiz ağrıyır”.

Ayətullah Qüreyşi daha sonra deyib: “Biz müsəlmanların süstlüyü üzündən dünyanın hər yerində müsəlmanların qətliam edilməsi bir adətə çevrilib”.

Vəliyyi-fəqihin nümayəndəsi bildirib ki, kafirlər sonda məğlub olacaqdır, ancaq məharət odur ki, onların bu məğlubiyyəti bizim əlimizlə olsun.

Sonda iki ölkə xalqının daim münasibətlərinin  qorumasının vacibliyini vurğulayan Ayətullah Qüreyşi deyib: “Əsas odur ki, iki xalq arasında münasibətlər olsun. Hərçənd, İran və Azərbaycan hökumətlərinin münasibətləri də bizim üçün önəmlidir”.