Azərbaycan ruhaniləri Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır
-
Azərbaycan ruhaniləri Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır
Azərbaycan ruhaniləri ARM-ın üzvü, “Maide.Az” saytının baş redaktoru ruhani Hacı Sərdar Hacıhəsənlinin həbsindən narahatdır.
İslamazeri.az Maide.Az-a istinadən ölkə ruhanilərinin narahatlığını əks etdirən bəyanatı təqdim edir:
Bismillahir-Rəhmanir-Rəhim!
Biz, aşağıda imza edənlər, görkəmli ruhani, tanınmış ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.
Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) hörmətli ruhani olmaqla yanaşı, gözəl insan və nümunəvi vətəndaşdır. Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması hər kəsə bəllidir. Eyni zamanda, Hacı Sərdar təmkinli, dəqiq mövqeli bir insandır. Belə bir insanı cümə namazı qılmasına görə həbs etmək - anlaşılmaz və ağlasığmaz bir haldır.
Böyük təssüf hissi ilə bəyan edirik ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan yayınmamışdır və həbs üçün heç bir əsas verməmişdir.
Qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Belə olan halda, Hacı Sərdar Hacıhəsənlinin camaatla namaz qılması kimləri narahat edə bilərdi ki? Hacı Sərdar Hacıhəsənli öz namazı ilə hansı təkfirçi-vəhhabi dairələri narahat etdi ki, nəticədə belə anlaşılmaz durum yarandı?
Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etdiyi halda, Hacı Sərdar hansı qanunları pozmuşdur?
Ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunan bir zamanda, Hacı Sərdar Hacıhəsənli kimi bir Əhli-Beyt (ə) ruhanisini həbs etmək, görəsən kimlərin planlarına aiddir?
Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi - əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.
1. Hacı Əli Behişti
21. Hacı İlqar Rəcəbov
41. İlqar Kamil
2. Hacı İlqar İbrahimoğlu
22. Hacı Rəşad Həşimov
42. Hacı Namiq Abışov
3. Hacı İqbal Novruzov
23.Hacı Telman Əsədullayev
43. Hacı Fəxri İlyasov
4. Hacı Əhliman Rüstəmov
24.Hacı Cəmil Həsənov
44. Hacı Yasin Əliyev
5. Hacı İlqar Əliyev
25. Hacı Əlzaman Əliyev
45. Hacı Mahir Həziyev
6. Hacı Əfqan Muradlı
26. Seyid Ağalar Cabbarov
46. Kərbəlayi Şamil Nərimanov
7. Hacı Rizvan Atakişiyev
27. Hacı Seyran Rzayev
47. Hacı Mir Qasim Əliyev
8. Hacı Bəxtiyar Hüseynov
28. Hacı Siyasət Bağırov
48. Hacı Rza Əliyev
9. Hacı Mir Nemət Mirzəyev
29. Hacı Abbas Abbasov
49. Samid Paşayev
10. Hacı Emil Rahiloğlu
30. Hacı Süleyman Fərzəliyev
50. Vüsal Hüseynzadə
11. Hacı Azər Sericanov
31. Hacı Rüfət Məmmədov
51. Hacı Fizuli Şəfiyev
12. Hacı Mir Mehdi Darafərin
32. Hacı Eyvaz Baxşıyev
52. Hacı Taleh Abbasov
13. Eyvaz Abdullah
33. Hacı Kərim Cəlilov
53. Hacı Əbuzər Cəbiyev
14. Hacı Cavid Oruczadə
34. Hacı Seyid Zahir İbişov
53. Hacı İlham Əliyev
15. Hacı Natiq Lələyev
35. Kərbəlayi Vəli Qardaşzadə
55. Hacı Vasif Nəftullayev
16. Hacı Fariz Xammədli
36. Hacı Oktay Məmmədov
56. Kərbəlayi Rza Şükürlü
17. Hacı Elçin Manafov
37. Hacı Asif Bağırov
57. Hacı Əlihüseyn Nuri
18. Famil Burxanoğlu
38. Seyid Ağasəf Xurşidov
58. Hacı Cəlal Şəfiyev
19. Fərid Abdulla
39. Hacı Vüqar İskəndərov
59. Kərbəlayi Qədir Məmmədov
20. Hacı Sahib Məmmədov
40. Mir Kazım Əyyubov