SIPRI: Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib
-
SIPRI: Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib
Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb.
APA-nın məlumatına görə, institut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib.
Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, “Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine" hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobilləri satın alıb.
Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib.
Milyardlarla dollara alınan silahlar qaniçən rejimi varlandırmaqdan əlavə, Azərbaycanı da Qarabağı işğaldan qurtarmaq üçün ruhlandırmayıb və sionist rejimin Qafqaz planları haqda təhlükələrini artırıb.