BMT təmas xəttində atəşkəsin pozulmasına dair xəbərdarlıq edib
-
BMT təmas xəttində atəşkəsin pozulmasına dair xəbərdarlıq edib
Birləşmiş Millətlər Təşkilatının baş katibi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasına dair xəbərdarlıq edib.
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Dujarik Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasının bu təşkilatı nigaran etdiyini bildirib.
BMT baş katibinin sözçüsü baş katib Antonio Quterreşin təmas xəttindəki toqquşmaların Azərbaycanla Ermənistan arasında gedən sülh müzakirələrini əngəlləyəcəyindən nigaran qaldığını bildirərək deyib: Quterreş toqquşmaların dərhal dayandırılmasını istəyir.
Stefan Dujarik həmçinin Azərbaycan və Ermənistan ölkələri arasında sülhün bərqərar olunmasını istəyib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünən bildirib ki, son 24 saat ərzində qoşunların təmas xəttində atəşkəs Ermənistan tərəfindən 120 dəfə pozulub.